XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2019 - 10:13

Azərbaycanda 181 orqan köçürülməsi əməliyyatı aparılıb- Ötən il

2018-ci ildə Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası üzrə 181 əməliyyat həyata keçirilib.

Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Statistikaya əsasən, 12 əməliyyat gözün buynuz qişası, 30 əməliyyat sümük iliyi, 23 əməliyyat isə qaraciyər və onun seqmentlərinin transplantasiyası üzrə icra edilib.

“Ötən il böyrək və onun seqmentlərinin transplantasiyası üzrə 116 əməliyyat həyata keçirilib”, – məlumatda qeyd olunub.