XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2019 - 14:54

ETSN:"Cırdaxan meşəbəyliyində yanğın söndürülüb"

AW000157

İyulun 13-ü axşam saatlarında Yevlax rayonunun Cırdaxan meşəbəyliyində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən gecə saat 12 radələrində söndürülüb.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilkin hesablamalara görə 4,3 hektar ərazidə quru ot örtüyü, yulğun kolları yanıb, bəzi ağacların alt budaqları ütülüb, oduncaq itkisi qeydə alınmayıb.

Yanğının ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin güclü külək nəticəsində toqquşmasından çıxan qığılcımdan baş verdiyi ehtimal olunur.

ETSN vətəndaşlardan xahiş edir ki, təbiət ərazilərində olarkən odla ehtiyatlı olsunlar, yanğın gördükləri zaman dərhal yerli meşə idarələrinə və Nazirliyin 168 nömrəli qaynar xəttinə məlumat versinlər.