“Kuwait Airways” aviaşirkəti avqustun 1-dən əl-Küveyt-Bakı-əl-Küveyt mövsümi reyslərinə başlayır.
Azərtac aviaşirkətə istinadla xəbər verir ki, reyslər həftədə 2 dəfə – cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bir istiqamət üzrə aviabiletlərin qiyməti 285 manatdan başlayır.
Uçuşlar “Airbus A320-100/200” təyyarələri ilə yerinə yetiriləcək.