XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

14 İyul 2019 - 11:00

Kılıçdaroğludan S-400 açıqlaması:"Təhlükəsizliyimizi qorumaq haqqımızdır"

Təhlükəsizliyini təmin etmək Türkiyənin haqqıdır. Bu sözləri CHP sədri Kamal Kılıçdaroğlu Rusiyanın S-400 müdafiə sistemlərini Türkiyəyə təslim etməsinə münasibət bildirərkən deyib.

O, Türkiyənin strateji məkanda yerləşdiyini bildirib:“Türkiyə ölkə daxilində və xaricində təhlükəsizliyini təmin etmək məcburiyyətindədir. Əgər Türkiyə vaxtilə “Patriot” alınması üçün müraciət edibsə və ABŞ bu tələbi qarşılamayıbsa, əlbəttə ki, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün başqa axtarışlar aparacaq. Senatın və digər siyasi qurumların Trampa “Türkiyəyə təzyiq edin” çağırışlarını doğru hesab etmirəm. Türkiyə öz bildiyi yoldan davam edəcək, təhlükəsizliyini təmin edəcək. Bu, Türkiyənin haqqıdır, hüququdur”.

Qeyd edək ki, Rusiya dünəndən etibarən Türkiyəyə S-400-lərin göndərilməsinə başlayıb.  /Axar.az