XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2019 - 14:38

Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə yollanıb –Hadisə ilə bağlı

İlkin məlumata görə, Şəki Xan sarayında Xan çinarın budağının qırılması nəticəsində 19 nəfər xəsarət alıb.

Bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

K. Quluzadə deyib ki,  həmin şəxslərin əksəriyyəti ambulator yardım alandan sonra evə buraxılacaq: “4 nəfər orta və ağır xəsarət alıb.  Xəsarət alanlar arasında həm xarici, həm də yerli vətəndaşlar var. Hüquq-mühafizə orqanları ilə birgə araşdırmadan sonra daha geniş məlumat veriləcək. Hazırda Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə gedir”. /APA