XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2019 - 17:00

Əfqanıstanda partlayış –5 nəfər ölüb

Əfqanıstanın şimal-şərqindəki Bağlan əyalətində yol kənarında basdırılmış minanın partlaması nəticəsində azı beş polis əməkdaşı həlak olub, iki nəfər yaralanıb.

Bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Partlayış polis əməkdaşlarının Quzarqaxi Nur rayonunda avtomobillə ərazidə patrul xidməti həyata keçirən zaman baş verib.

Hələlik partlayışa görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. /APA