XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2019 - 11:17

Qazaxıstan prezidenti müdafiə nazirinə şiddətli töhmət elan etdi –Sursat anbarındakı yanğına görə

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokyev Arıs şəhərindəki sursat anbarında baş vermiş partlayışla əlaqədar ölkənin müdafiə naziri Nurlan Yermekbayevə şiddətli töhmət elan edib.

Bu barədə “Report” “Kazinform”a istinadən xəbər verir.

Qazaxıstan hökumətinin geniştərkibli iclasında dövlət başçısı başverənlərə görə günahkar olanlarının hamısının cəzalandırılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, iyunun 24-də səhər saatlarında Arısda yerləşən hərbi hissənin sursat anbarında yanğın olub və bu, partlayışlara səbəb olub. İki hərbçi olmaqla, üç nəfər ölüb.