XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Yanvar 2016 - 10:27

Moskvadan Gəncə və Lənkərana olan uçuşlar [color=red]təxirə salındı

Yanvarın 13-də qarlı hava şəraiti ilə əlaqədar Moskvanın “Domodedovo” aeroportundan Azərbaycanın Lənkəran və Gəncə şəhərinə olan aviareyslər təxirə salınıb.

Azərtac “Domodedovo” aeroportunun rəsmi səhifəsinə istinadla xəbər verir ki, Moskvadan Lənkərana nəzərdə tutulan “U6 2421” və Gəncəyə həyata keçirilməli olan “U6 2411” saylı təyyarə reysləri təxirə salınıb. Uçuşların “Ural Airlens” aviaşirkətinə məxsus “Airbus A321” təyyarəsi ilə həyata keçirilməsi gözlənilirdi.

Moskvanın digər aeroportlarından ölkəmizə olan uçuşlar təxirə salınmayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski AZƏRTAC-a bildirib ki, AZAL bu istiqamətdə heç bir uçuşu təxirə salmayıb. Uçuşların qrafikində də heç bir dəyişiklik olunmayıb.