Azarkeşlər bilet müraciəti üçün son tarix olan 12 iyula qədər turnirin rekordunu vuraraq indiyə qədər görünməmiş sayda – 19,3 milyon UEFA Avropa Çempionatı bileti üçün müraciət ediblər.
Trend-in məlumatına görə, 2019-cu il 12 iyun və 12 iyul tarixləri arasında 1,5 milyon bilet satışa çıxarıldı.
19,3 milyon bilet üçün müraciət qəbul edildi; bu rəqəm UEFA AVRO-2016-dan öncə eyni mərhələ zamanı biletlərə olan tələbat səviyyəsindən, demək olar ki, iki dəfə çoxdur. UEFA AVRO-2020 biletlərinin ilkin satış mərhələsi zamanı UEFA, UEFA AVRO-2016 ərəfəsində ekvivalent mərhələdə əldə edilmiş 11 milyonluq rekordu vuraraq, heyrətləndirici rəqəm olan 19,3 milyon bilet sorğusu aldı.
Qeyd edilir ki, UEFA AVRO-2020 ev sahibliyini həyata keçirən 12 şəhərdə 3 milyon bilet satışı ilə tarixin ən böyük Avropa Çempionatı olacaq.