XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

13 Yanvar 2016 - 11:05

Sabiq nazir Əli Abbasovu dərsə buraxmırlar? – [color=red]Universitet və nazirlikdən açıqlamalar

Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun kafedra müdiri olduğu İqtisad Universitetində dərslərə buraxılmaması barədə yayılan məlumatlara universitetdən aydınlıq gətirilib.

İqtisad Universitetinin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, sabiq nazir universitetdə hazırda İnformasiya İqtisadiyyatı və Texnologiyaları kafedrasının müdiridir: "O, vəzifəsindən azad edilməyib. Düzdür, Əli Abbasov universitetə gəlmir. Ancaq nazirliyin saytından da göründüyü kimi o, hələ də vəzifəsini icra edir. Dərs demək üçün auditoriyasına buraxılmamasına gəlincə, akademik əvvəl də universitetdə dərs demirdi. Ona görə də onun auditoriyaya buraxılmaması barədə yayılan məlumatlar həqiqəti əsk etdirmir".

Kafedraya gəlmədiyi halda, sabiq nazirin kafedra müdiri vəzifəsində qalması məsələsinə isə universitetdən bildirdilər ki, işdən azad etmək də, işə götirmək də Təhsil Nazirliyinin səlahiyyətindədir.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə, akademikin dərslərə gəlməməsi halında vəzifəsində saxlanılmasının universitetin səlahiyyətində olduğunu bildirib. 

Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrində sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun müəllim kimi auditoriyaya girməsinə universitet rəhbərliyi tərəfindən qadağa qoyulması barədə məlumatlar yayılıb.

Əli Abbasovun rəhbəri olduğu "İnformasiya iqtisadiyyatı" kafedrası 2002-ci ilin iyul ayından fə­aliyyət göstərir. İlk vaxtlar kafedra "Dünya iqtisadiyyatında informasiya texnologiyaları" adlanıb. 2004-cü ilin noyabr ayından "İn­for­masiya iqtisadiyyatı", 2009-cu ildən isə "İnformasiya iqtisadiyyatı və texnologiyaları" kimi fəaliyyətini davam etdirir.

Ə.Abbasov 2000-2004-cü illərdə universitetin rektoru olub. 

Prezident İlham Əliyev noyabr ayının 12-də Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.