XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 İyul 2019 - 15:31

Ermənistanda kəndlilər ayağa qalxdı –Hökumət binası qarşısında oturaq aksiya keçirilir

Ermənistanın Ararat vilayətinin Kaxsraşen kənd sakinləri Yerevanda hökumət binasının qarşısında oturaq etiraz aksiyası keçiriblər.

“Panorama” xəbər verir ki, onlar ölkənin baş naziri Nikol Paşinyan və ya onun köməkçilərindən biri ilə görüş tələb ediblər.

Aksiya iştirakçıları əkin yerlərinin suvarılması üçün su probleminin aradan qaldırılmamasına etiraz ediblər.

“Bizdə hökumət olsaydı, bura bu qədər adam toplaşardımı? Bu, hökumət deyil, polis bölməsidir”, – deyə etirazçılardan biri vurğulayıb.

Aksiya iştirakçıları N.Paşinyanı su qıtlığı olan Kaxsraşen kəndinə gedib problemi yerində görməyə çağırıblar/Report.