XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2019 - 09:45

“Bəzən belə yazıları “Avtovağzalın özbaşınalığı” adlandırırlar” –Açıqlama

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Gəncə şəhərinə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı araşdırma aparıb.

Bunu Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova bildirib.

Xəbər yayılmadan öncə ailə üzvlərindən biri bizimlə əlaqə saxladı, məsələni araşdırdıq və sərnişinin doğru dediyini təsbit etdik və ödədiyi artıq məbləği gəlib götürməsini xahiş etdik. Satışı həyata keçirən kassirlə bağlı ciddi ölçü götürüldü. Əgər şikayət varsa və sərnişin haqlıdırsa, bu məsələnin həllinə maksimum çalışırıq. Bəzən belə yazıları “Avtovağzalın özbaşınalığı” adlandırırlar. O zaman özbaşınalıq olardı ki, məsələ tam diqqətdən kənar qalardı”, – o deyib. /Report