XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

17 İyul 2019 - 10:58

Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edəcək –Vaxt açıqlandı

İyulun 22-də vergilər nazirinin müavini Mətin Eynullayev Qax rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: Heydə Əliyev prospekti) Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Vergilər Nazirliyindən bildirilib.

Məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar Zaqatala rayonunda 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qax və Balakən rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.