XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2016 - 13:55

Daha 2 rayonda “ASAN xidmət” açılacaq – [color=red]Adlar

Regionlarda yaşayan əhaliyə səyyar “ASAN xidmət”lərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili məqsədilə səyyar xidmət avtobuslarının sayı artırılaraq 10-a çatdırılıb.

Bu il daha Masallıda və Qəbələdə iki yeni “ASAN xidmət” mərkəzi açılacaq. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatacaq. Gələcəkdə “ASAN xidmət”də göstərilən xidmətlərin sayı daha da artacaq.

Hazırda ölkə üzrə 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda, 4-ü regional mərkəz olmaqla Sumqayıt, Gəncə, Sabirabad və Bərdədədir.

Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 9 dövlət qurumu ümumilikdə 23 hüquqi xidmət həyata keçirirdisə, indi 10 dövlət orqanı və özəl müəssisələr tərəfindən ümumilikdə 280-dən çox müxtəlif növ xidmət göstərilir.

Fəaliyyətə başladığı gündən indiyədək “ASAN xidmət” mərkəzlərində 7 milyondan artıq vətəndaşın müraciəti qeydə alınıb. Gün ərzində “ASAN xidmət” mərkəzlərinə 3 min vətəndaş müraciət edir.