XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2019 - 17:34

Abşeronda içməli suyun verilməsində məhdudiyyətlər gecə saatlarınadək davam edəcək- “Azərsu”

Bu gün Abşeron rayonunun bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq.

“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir”, – deyə ASC-dən bildirilib.