XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2016 - 15:51

Dövlət Gömrük Komitəsindən [color=red]yeni xidmət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 10-da Nazirlər Kabinetinin "2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr"ə həsr olunan iclasında gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılmasına dair tapşırığı ilə əlaqədar Dövlət Gömrük Komitəsi elektron xidmətlərin sahəsini daha da genişləndirir. Məmur-vətəndaş təmasının minimuma endirilməsi məqsədilə elektron bəyannamələrin tətbiqinə başlanacaq.

Azertag.az xəbər verir ki, elektron bəyannamələrin tətbiqi ilə bağlı aparılan işlər barədə fikir bildirən Dövlət Gömrük Komitəsinin Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev elektron bəyannamələrin tətbiqi üçün qanunvericilik bazasının yaradılmasının vacibliyinə toxunub.

Onun sözlərinə görə qanunvericilik bazası bütün dövlət orqanları ilə razılaşdırmalar əsasında yaradılmalıdır. Bütün bunlar elektron bəyannamə kağızı olmadıqdan sonra dövlət orqanları, hüquq-mühafizə orqanlarının fəaliyyətinin tənzimlənməsi üçün elektron bəyanetmə sisteminin qanunvericilik bazasında öz əksini tapmalıdır.

İqbal Babayev qeyd edib ki, DGK-nın elektron xidmətlərinin həyata keçirilməsi üçün sahibkarlar mütləq “elektron imza” əldə etməlidir.

“Elektron imza”sı olmayan sahibkar elektron bəyanetməni həyata keçirdə bilməyəcək: “Malını bəyan edə bilməyən sahibkar təbii ki, malını rəsmiləşdirə bilməyəcək. Biz sahibkarlardan xahiş edirik ki, “elektron imza” kartlarını Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən əldə etsinlər. Nazirlər Kabinetinin qərarı ilə qısa bir zamanda DGK elektron bəyanetmə sisteminin tətbiqinə keçə bilər”, – deyə İ.Babayev vurğulayıb.

Gömrük rəsmisi bildirib ki, bütün dünya artıq nəzarət mexanizmindən xidmət mexanizminə keçir. DGT-nın tövsiyə etdiyi mexanizmin ölkəmizdə də tətbiqi bizim üçün çox əhəmiyyətlidir.