XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2016 - 16:17

1500-dən çox poçt şöbəsinin ünvanı-[color=red] Nazirlikdən yeni xidmət

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən poçt şöbələrinin ünvanlarının axtarışını asanlaşdıran mobil tətbiq istifadəyə verilib.

Nazirliyin Məlumat Hesablama Mərkəzinin hazırladığı mobil tətbiq artıq "App store"də yerləşdirilərək, aktivləşdirilib.

Nazirlikdən Azərtac-a bildirilib ki, yeni tətbiq "Azərpoçt" MMC-nin 1500-dən çox poçt şöbəsinin ünvanları barədə məlumatların xəritə üzərində axtarışına əsaslanır. Proqram vasitəsilə poçt indeksinə və ya küçə adına görə poçt şöbələrinin axtarışını və onların xəritə üzərindəki ünvanlarını əldə etmək mümkündür.

Mobil istifadəçilər tətbiqi "App store"dən yükləyə bilərlər.