Dövlət Miqrasiya Xidməti ölkə vətəndaşlığından çıxma ilə bağlı mövcud qanunvericilikdə olan məsuliyyətin azaldılması ilə bağlı təkliflər üzərində işləyir.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.
O qeyd edib ki, qanunvericiliyə əsasən 1 ay müddətində ölkə vətəndaşlığından çıxma ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir:
“Həmin şəxs məlumat vermədiyi halda haqqında inzibati tədbirlər görülür. Bu istiqamətdə qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təkliflər üzərində işləyirik. Təklif məsuliyyətin azaldılması ilə bağlıdır”.
Trend