XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2019 - 12:33

Azərbaycanlı nazir İranda növbəti görüş keçirib –Nələr müzakirə olunub?

İranda səfərdə olan Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qonşu ölkənin yol və şəhərsalma naziri Məhəmməd İslami tərəfindən qəbul edilib.

Strateq.az “İRİB”-ə istinadla xəbər verir ki, görüşdə iranlı nazir iki ölkənin tarixi və mədəni yaxınlığını vurğulayıb.

Məhəmməd İslami deyib: “İslam Respublikasının düşmənləri həmişə iki ölkə arasında əlaqələri pozmağa çalışsa da, dövətlərimizin iradəsi davamlı əməkdaşlığın təməlini qoyub”.

Nazir Tehran şəhərində İran-Azərbaycan Nəqliyyat Əməkdaşlığı üzrə Birgə Komissiyanın iclasının keçirilməsinə istinad edərək bildirib ki, bu tədbir İslam Respublikası ilə birgə layihələrə aid maneələr və problemləri aradan qaldırmaq üçün yaxşı imkandır. O cümlədən Astara (İran) -Astara (Azərbaycan), ümumi sərhəd körpüsü və Rəşt-Astara şəbəkəsini birləşdirən yeni terminalın istifadəyə verilməsi də daxil olmaqla, müxtəlif layihələr üçün istifadə oluna bilər.

Rəşt-Astara (İran) -Astara (Azərbaycan) dəmir yolunun xüsusi əhəmiyyət kəsb etdiyini deyən Məhəmməd İslami əlavə edib: “Layihənin Şimal-Cənub Dəhlizinə aidiyyətini və iki ölkənin onu tamamlamaq cəhdlərini nəzərə alaraq, tranzit yüklərinin nəqlindən gəlirlər artıracaq”.

Nazir, həmçinin, İran və Azərbaycan arasında dəniz nəqliyyatı əməkdaşlığının da yüksək səviyyədə olduğunu vurğulayb.

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iki ölkə arasında nəqliyyat əlaqələrinin vacibliyini və bu əlaqələrin dövlətlər arasındakı iqtisadi-ticari əməkdaşlığı və iqtisadi böyüməni təşviq etdiyini bildirib.