XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

19 İyul 2019 - 15:12

Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında iştirak edəcəklər –MN-dən açıqlama

Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında iştirak edəcək.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrində təmsil olunacaqlar.