XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 07:33

Obama Putinə zəng etdi – [color=red]Gərginlik ocaqları müzakirə olunub

Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Barak Obama arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin rəsmi saytına informasiya yerləşdirilib.

Məlumatda deyilir ki, telefon zəngi Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Obama və Putin 6 aydan sonra ilk dəfə baş tutan telefon danışıqları zamanı Ukrayna münaqişəsi, Suriya böhran və Koreya yarımadasındakı situasiyanı müzakirə ediblər.

Putin rəsmi Kiyevin Minsk razılaşmalarına əməl etməsini, Suriya ilə bağlı yanvarın 25-də Cenevrədə keçiriləcək beynəlxlaq konfransa qədər terror təşkilatlarının yekun siyahsının hazırlanmasını təklif edib. 

İki dövlət başçsıı İran və Səudiyyə Ərəbistanı arasında yaranmış gərginliyini də tezliklə aradan qaldırılması barədə fikir mübadiləsi aparıb.

Modern.az