XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

19 İyul 2019 - 19:33

Azərbaycan hərbçiləri NATO-nun Gürcüstandakı dağ təlimində iştirak edirlər- FOTO

Gürcüstanda NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində yay dağ hazırlığı təliminin birinci mərhələsi keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Axalkalaki rayonunda Abuli dağında təşkil olunan təlimdə Gürcüstan, Azərbaycan, Ukrayna, Çexiya, Polşa, Latviya və İsveç hərbçiləri iştirak edirlər.

Təlimi Besik Kutataladze adına Saçxere dağ hazırlığı təlim mərkəzinin təlimatçıları keçir.

Kursda iştirak edən hərbçilər dağda 100, 200 və 300 metr uzaq məsafəyə atəşlər yerinə yetiriblər.

Dağ hazırlıq təlimi 4 həftə davam edəcək.