AW000157
İyulun 19-da Qax rayonunun Ağyazı kəndi yaxınlığında dağlıq ərazidə 290 ha sahədə quru ot və kol-kos yanıb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, yanğın FHN-nin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin ərazi üzrə yerli bölmələrinin əməkdaşları və yerli sakinlər tərəfindən söndürülüb.
FHN-dən verilən məlumata görə, görülən birgə operativ tədbirlər nəticəsində yanğının İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə keçməsinin qarşısı alınıb.