XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2019 - 09:15

Türkiyə ordusu PKK-nın İraqdakı obyektlərinə zərbələr endirdi:3 terrorçu zərərsizləşdirilib.

Türkiyə Hərbi Hava Qüvvələri PKK terror təşkilatının İraqın şimalındakı obyektlərinə zərbələr endirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter”dəki səhifəsində məlumat yayılıb.

Qeyd edilir ki, Türkiyə ordusu PKK-nın Metin ərazisindəki obyektlərinə zərbələr endirib. Hava hücumları zamanı 3 terrorçu zərərsizləşdirilib.

Zərbələr zamanı həmçinin terrorçuların atəş nöqtələri və sığınacağı da məhv edilib. Hava zərbələri “Pəncə” əməliyyatının qərargahı ilə əlaqələndirilib.  /Report