XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2019 - 11:15

Yunan baş nazir Ərdoğana səsləndi:"Gərəksiz gərginliklər iki ölkəni dəyərli qaynaqlardan məhrum edir"

Cəsur addımlar atacağımız ortaq yanaşma üçün Ərdoğana səslənirəm.

Bu sözləri Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ölkəsinin Türkiyə ilə münasibətləri barədə danışarkən deyib. O, əsəbi ritorikadan uzaq duraraq beynəlxalq hüquq və dostyana əməkdaşlıq üzrə hərəkət etmək istədiklərini bildirib:

“Bu coğrafiyada birlikdə yaşayırıq. Gərəksiz gərginliklər və silahlanma iki ölkəni də dəyərli qaynaqlardan məhrum edir. Bunlardan ölkələrimizin xeyrinə istifadə etmək olar”.

Qeyd edək ki, Türkiyənin Şərqi Aralıq dənizində, beynəlxalq sularda qazma işlərinə başlaması iki ölkə arasında gərginliyə səbəb olub. /Axar.az