XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2019 - 15:15

Bərdə icra hakiminin müavini:"Bazarda yanğınla bağlı yekun rəy veriləcək"

Bərdə rayonunda “köhnə bazarda” baş verən yanğınla  bağlı ekspertiza qrupu araşdırmalara başlayıb.

Bunu Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və rayon fövqəladə hallar komissiyasının sədri Vahid Qarayev bildirib.

Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır: “Bundan sonra yanğının başvermə səbəbləri məlum olacaq və yekun rəy veriləcək”.

V.Qarayev deyib ki, yanğın baş verən ticarət obyektlərinə hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə birlikdə baxış keçiriblər. Yeddi sahibkara məxsus 12 mağaza yanıb. Hazırda sahibkarların sığortası olub, olmaması araşdırılır. /Report