XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 12:44

Nazir Qubada vətəndaşları [color=red]qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov yanvarın 18-də Qubada vətəndaşları qəbul edəcək. Qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarının sakinləri iştirak edəcəklər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbul saat 11:00-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 14-dən 18-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Quba (050-200-27-37; 070-202-27-37), Qusar (055-435-76-16; 070-317-24-13), Siyəzən (050-569-43-76), Şabran (050-351-79-05; 055-612-26-62) və Xaçmaz (050-270-80-60) rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.