XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2019 - 16:25

Sankt-Peterburq–Bakı aviareysi nə vaxt açılacaq? –Tarix açıqlandı

Rusiyanın “Smartavia” şirkəti Sankt-Peterburqdan Bakıya açılacaq birbaşa aviareysin tarixini elan edib.

Sankt-Peterburq–Bakı aviareysi üzrə uçuşlara iyulun 25-dən etibarən başlanacaq. Uçuşlar hər həftənin IV və VI günləri “Boeing 737-700” təyyarələri ilə Pulkovo aeroportundan həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Bakı–Sankt-Peterburq aviareysi üzrə uçuşları həftənin III və VII günləri “Azərbaycan Hava Yolları” (AZAL) və V günləri “Buta Airways” şirkətləri yerinə yetirirlər. /APA