XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

22 İyul 2019 - 16:49

Bakı-2019:medal qazanan Azərbaycan idmançıları mükafatlandırılıb

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) ilk medalları qazanan Azərbaycan idmançılar mükafatlandırılıb.

“Report” xəbər verir ki, ilk yarış günündə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.

Yarışın Təşkilat Komitəsi ilk mükafatlandırmanın açılış mərasimindən sonra baş tutmasını uyğun bildiyi üçün imdançılar bu gün medallarına qovuşublar.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 5 güləşçisi finala çıxıb.