XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 İyul 2019 - 19:40

“EYOF Bakı 2019”:güləşçimiz Mərziyə Sadıqova gümüş medal qazanıb

“EYOF Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının qadın güləşi yarışında idmançımız Mərziyə Sadıqova gümüş medala sahib olub.

Azərtac xəbər verir ki, 61 kiloqram çəki dərəcəsində yarışın finalında italiyalı Aurora Russo ilə qarşılaşan güləşçimiz 4:10 hesabı ilə uduzub.

Bürünc medal uğrunda qarşılaşmalarda rusiyalı Alina Kasabiyeva Türkiyə təmsilçisi Elmas Çelikə (10:0), almaniyalı Gerda Bart isə xorvatiyalı İva Geriçə (10:0) qalib gələrək üçüncü yeri tutublar.