XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 14:13

Daxili İşlər naziri Çexiya səfirini [color=red]qəbul etdi

usubov-sefir.jpg

Yanvarın 14-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanı qəbul edib. 

Strateq.az DİN Mətbuat Xidmətinə istinadən bildirir ki, qonağa Daxili İşlər Nazirliyinin funksiyaları və fəaliyyət istiqamətləri, həmçinin, ölkədəki kriminogen durumla bağlı məlumat verilib.

Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənəcəyinə, srateji tərəfdaşlığa dair ötən il imzalanmış birgə bəyannamənin əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdıran daxili işlər naziri hər iki dövlətin anoloji qurumları arasındakı əlaqələrin vaxtilə ATƏT-in Bakı Ofisi vasitəsilə yarandığını bildirib. 

Qeyd olunub ki, hələ 2003-cü ilin iyun ayında adıçəkilən qurumla Daxili İşlər Nazirliyi arasında A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbə yardım göstərilməsinə dair imzalanmış protokola əsasən, sözügedən tədris ocağında bir sıra təmir-tikinti işləri aparılıb, təcrübə mübadiləsi və ixtisaslarının artırılması məqsədilə məktəbin müəllimləri müxtəlif vaxtlarda Çexiyada olublar.

Nazir əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu, bu məqsədlə iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair saziş layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim edildiyini xatırladıb.

Səfir Vitezslav Pivonka səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.