XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2016 - 14:23

Naxçıvandan Tehrana sərnişin qatarı işləyəcək – [color=red]Novruz bayramında

 

cavid02.jpg

Novruz bayramında Naxçıvandan Tehrana sərnişin qatarı işləyəcək.

Strateq.az bildirir ki, bu barədə bu gün Bakıda keçirilən “Şimal-Cənub Nəqliyyat Dəhlizi – Yeni istiqamətlər : İnkişaf və perspektivlər” adlı beynəlxalq konfrans  çərçivəsində saziş imzalanıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İran Dəmir Yolunun baş direktoru Möhsün Fürsedağayinin imzaladığı sazişdə bununla bağlı razılıq əldə edilib.

Sazişə görə, Novruz bayramına qədər Naxçıvanla Tehran arasında sərnişin qatarı istifadəyə veriləcək. Əvəzində Azərbaycan İrana vaqonlar icarəyə verəcək.