XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2019 - 00:12

Qubada maraqlı sorğu –“Qafqaz Araşdırmaları Mərkəzi”nin layihəsinin icrası davam edir

“Qafqaz Araşdırmaları Mərkəzi” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda mədəni müxtəliflik dəyərləri və onun turizmin inkişafında rolunun təbliği (Şahdağ milli etnik qrupu)” layihə çərçivəsində Quba rayonunun Xınalıq, Qrız, Buduq, Əlik, Cek və Haput kəndlərində kənd sakinlərindən yerli xalqların mədəni dəyərlərinin öyrənilməsi məqsədilə sorğu keçirilib.

Strateq.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, sorğuda adı çəkilən kəndlərdə yaşayan xalqların  yaşayış tərzləri, toy adət- ənənələri, süfrə mədəniyyətləri, geyim aksessuarları və s. ilə əlaqəli suallar verilib.

Sorğu zamanı çap olunmuş vərəqlərdə üzbəüz görüşlər aparılıb.