XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

23 İyul 2019 - 10:32

Kənd təsərrüfatı naziri Gədəbəydə vətəndaşları qəbul edəcək- Bu tarixdə

Kənd təsərrüfatı naziri İnam Kərimov iyulun 26-sı, saat 10:00-da Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bundan əlavə həmin vaxt nazir müavini İlham Quliyev Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzində Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcəklər.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-378-03-30), Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-344-93-86) və Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-265-88-78) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.