XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2019 - 11:30

Narkoistifadəçilərin yeni qeydiyyat sistemi hazırlanacaq- Azərbaycanda

Narkoistifadəçilərin yeni qeydiyyat sistemi hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı sərəncamla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, Səhiyyə Nazirliyi 2019–2020-ci illərdə narkoistifadəçilər barədə daha dolğun, aydın və konkret məlumatların əldə olunaraq yığılması üçün müasir tələblərə cavab verən yeni qeydiyyat sisteminin işlənilib hazırlanmasını təmin etməlidir.