XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Yanvar 2016 - 15:15

Bilik Fondu və Təhsil Problemləri İnstitutu arasında memorandum [color=red]imzalandı

qulu-bilik-1.jpg

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun (ARTPİ) əməkdaşları ilə anlaşma memorondomunun imzalanması məqsədi ilə geniştərkibli görüş keçirilib.

Strateq.az xəbər verir ki, görüşdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov rəhbərlik etdiyi qurumun maarifləndirmə istiqamətində həyata keçirdiyi layihələrdən, Azərbaycan təhsil sistemi strukturunun təkmilləşdirilməsi və təhsildə idarəetmənin səmərəliliyinin yüksəldilməsi sahəsində aparılan islahatlardan danışıb.O, öz çıxışında ARTPİ ilə Bilik Fondunun əməmkdaşlığının zəruri və əhəmiyyətli tərəflərindən söz açıb.

ARTPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov da öz növbəsində rəhbərlik etdiyi elmi-tədqiqat institutunun fəaliyyət planı, perspektiv tədbirlər planı haqda görüş iştirakçılarına məlumat verib. O, təhsil sahəsində maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyinin artırılması yollarından danışıb, milli mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərilməsinin vacibliyini vurğulayıb.

Qulu Novruzov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn məsələlərin həlli istiqamətində bundan sonra daha səmərəli şəkildə fəaliyyət göstərilməsinin vacibliyini qeyd edib.

Tədbirdə təhsil işçilərinin inkişaf etmiş qabaqcıl ölkələrin təhsil sistemində qazanılmış yeniliklərlə tanış edilməsi barədə fikirlər səslənib. Bu baxımdan mütəmadi olaraq aktual problemlərin tədqiqi və təhlili ilə bağlı elmi konfrans, seminar, “dəyirmi masa” və disputların təşkilinin əhəmiyyəti müzakirə olunub.

Görüşdə Bilik Fondu ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu arasında ölkə əhalisinin maarifləndirilməsi, milli təhsil konsepsiyasının müddəalarının, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan inkişafyönümlü istiqamətlərin yerinə yetirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

qulu-t-2.jpg

q-3.jpg

q-4.jpg