XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2019 - 10:09

Səhiyyə Nazirliyi:""Bakı 2019"da 18 yaşlı türkiyəli basketbolçu sol diz oynağından travma alıb"

Ötən gün “Olimpiya Gənclər Festivalı 2019” məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən edilən müraciətlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, iyulun 22-də “Olimpiya Gənclər Festivalı 2019” məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət edilib.

Müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər.

18 yaşlı türkiyəli qiz basketbolçu sol diz oynağının travması ilə müraciət edib, onu Təcili Tibbi yardım briqadası Kliniki Tibbi Mərkəzə çatdırıb.

Yardım edildikdən sonra buraxılıb, vəziyyəti normaldır.