XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2019 - 13:45

Müdafiə Nazirliyi:“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib - VİDEO

Silahlı Qüvvələrinin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin yekun planlaşdırma konfransı keçirilib.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.