XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2019 - 14:27

Milli Məclisin deputatı Latviyaya gedəcək –Vaxt açıqlandı

Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov Latviyaya gedəcək.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, K. Bayramov “Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın rolu” mövzusunda keçiriləcək beynəlxalq konfransda, ənənəvi şəhər bayramında və 2-ci beynəlxalq incəsənət festivalında iştirak etmək üçün iyulun 25-dən 28-dək Latviyanın Qulbene şəhərində səfərdə olacaq.

Səfər çərçivəsində K. Bayramov beynəlxalq konfransda “Bələdiyyələrarası əməkdaşlığın qurulmasında və inkişaf etdirilməsində milli parlamentlərin rolu” adlı məruzə ilə çıxış edəcək.

Millət vəkilinin Latviya Bələdiyyələr İttifaqının rəhbərliyi, Latviya Seyminin deputatları və konfransda iştirak edəcək xarici dövlətlərin nümayəndələri ilə görüşləri də nəzərdə tutulub. /APA