XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2019 - 16:19

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb –VİDEO/FOTO

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.