XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2019 - 17:20

EYOF:Azərbaycan 13-cü medalını qazanıb

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.

53 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Rusiya təmsilçisi Polina Lukina ilə qarşılaşıb. Rəqibinə məğlub olan Məmmədova gümüş medalla kifayətlənməli olub.

Bu gün yunan-Roma güləşçiləri Elmir Əliyev (51 kq) və Xasay Həsənli (65 kq) qızıl medal əldə edib. Hazırda güləşçilərdən digər 2-si final, biri isə bürünc medal görüşünü keçirəcək.

Qeyd edək ki, daha öncə yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurban Qurbаnov (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib/Report.