XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 January 2016 - 08:01

DSMF sədri 5 rayonun sakinləri üçün qəbul keçirəcək [color=red]- Tarix və ünvan

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev yanvarın 22-də, saat 11:00-da Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edəcəklər.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Qusar rayon şöbəsində (02338) 5-40-94

Quba rayon şöbəsində (02333) 5-26-15

Xaçmaz rayon şöbəsində (02332) 5-05-25

Şabran rayon şöbəsində (02335) 3-39-48

Siyəzən rayon şöbəsində (02330) 4-09-04

Qəbulda iştirak edəcək vətəndaşların yanvarın 22-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.