XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 January 2016 - 08:04

Moskvadan Qəbələ və Gəncəyə olan uçuşlar [color=red]təxirə salındı

Yanvarın 15-də qarlı hava şəraiti ilə əlaqədar Moskvanın “Domodedovo” aeroportundan Azərbaycanın Qəbələ və Gəncə şəhərinə olan aviareyslər təxirə salınıb.

Azərtac “Domodedovo” aeroportunun rəsmi səhifəsinə istinadla xəbər verir ki, Moskvadan Qəbələyə nəzərdə tutulan “NN 433” və Gəncəyə həyata keçirilməli olan “U6 2411” saylı təyyarə reysləri təxirə salınıb. Qəbələyə olan uçuşun “VİM-Avia” aviaşirkətinə məxsus “Boeing 757-200” təyyarəsi, Gəncəyə isə “Ural Airlens” aviaşirkətinə məxsus “Airbus A321” təyyarəsi ilə həyata keçirilməsi gözlənilirdi.

Xatırladaq ki, yanvarın 13-də “Domodedovo”dan qarlı hava şəraiti ilə əlaqədar Lənkəran və Gəncəyə olan aviareyslər də təxirə salınmışdı.