XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2019 - 09:00

“Qarabağ”-“Dandolk” qarşılaşması:oyun heç-heçə başa çatıb

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İrlandiyanın “Dandolk” klubu ilə üz-üzə gəlib. “Qarabağ” səfərdə keçirdiyi birinci oyunda hesabda öndə olsa da, üstünlüyü əldən verib.

Görüş komandamızın üstünlüyü ilə start götürüb. 4-cü dəqiqədə Mahir Emreli hesabı açıb. Qoldan ruhlanan Azərbaycan çempionu ardıcıl hücumlar qurub, rəqib qapısı önündə təhlükəli anlar yaradıblar.

Lakin ikinci hissədə ssenari dəyişib. “Dandolk” da hücumlarının kəsərini artırıb. Bunun nəticəsi olaraq, 78-ci dəqiqədə Patrik Hoban “Qarabağ”ın qapısına yol tapıb – 1:1. Bu, cari mövsüm qol buraxmayan ağdamlıların uğurlu seriyasını da qırıb.

Hesab bərabərləşdikdən sonra hər iki komandanın şansı olsa da, bundan yararlanmaqda çətinlik çəkiblər. Səfərdə məğlub olmamaq isə “Qarabağ”ın işinə yaraya bilər.

Qeyd edək ki, cavab matçı bir həftə sonra Bakıda olacaq.