XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2019 - 11:42

Messi Argentina yığmasından 6 ayadək kənarlaşdırıla bilər- Bu səbəbdən

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Argentina millisinin oyunlarından 2 aydan 6 ayadək kənarlaşdırıla bilər.

“Report”un “TyC Sports”a istinadən verdiyi məlumata görə, səbəb kapitanın Cənubi Amerika Futbol Konfederasiyasını (KONMEBOL) tənqid etməsidir. 32 yaşlı hücumçunun işi ilə bağlı qərar gələn həftə qəbul olunacaq.

Daha əvvəl Messi Amerika Kubokunda Çili ilə 3-cü yer uğrunda görüşdə qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza və 1500 dollar cəriməyə məruz qalıb. Həmin görüşdə Argentina 2:1 hesabı ilə qalib gəlib.

Braziliyaya 0:2 hesablı məğlubiyyətlə nəticələnən yarımfinal qarşılaşmasından sonra isə o, KONMEBOL-u korrupsiyada ittiham edib. Sonradan təcrübəli forvard sözlərinə görə qurumdan üzr istəyib.