“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya “Dandolk”u ilə Bakıda keçirəcəyi cavab oyununun biletlər satışa çıxarılıb.
Strateq.az kluba istinadla xəbər verir ki, biletlərin qiyməti 2, 5, 10 və VİP sektor üçün 50 manat təşkil edir.
Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Gənclik”, 28 Mall, “Park Bulvar”dakı iTicket satış məntəqələrindən, “ASAN -Xidmət”in 2 və 3 saylı (Yasamal, “AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.
Qeyd edək ki, oyun iyulun 31-də saat 21:00-da başlayacaq.