XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2019 - 22:00

Avropa Gənclər Olimpiya Festivalı:velosiped idmanı üzrə yarışların qalibləri bəlli oldu

XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən velosiped idmanı üzrə yarışlar başa çatıb.

İyulun 25-də 30-dan çox ölkədən olan 91 yeniyetmə 75 kilometrlik məsafəyə medallar uğrunda mübarizə aparıblar.

Yığmamızın heyətində qələbə üçün Nofəl Nuriyev, Nikita Sitov və Mustafa Muxtarlı yarışıblar.

Yürüşlərin qalibi Madis Mihkels (Estoniya) olub. İqor Dario Belletta (İtaliya) ikinci, Martin Sverçek (Slovakiya) isə üçüncü yeri tutublar.

Xatırladaq ki, bu gün səhər qızlar arasında qrup yürüşləri keçirilib. Yarışlarda 75 qız iştirak edib (50 km).

Yarışların yekununa görə Böyük Britaniya idmançısı Zoye Bakstedt qızıl (1:21.00), İtaliyadan olan veloidmançı Françeska Barale gümüş (1:22.04) və rusiyalı Alyona İvançenko bürünc medal (1:22.09) qazanıblar.

İyulun 23-də isə 10 kilometr məsafəyə fərdi yürüşlər keçirilib/Trend.