XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

26 İyul 2019 - 00:02

“Neftçi”nin baş məşqçisi qələbədən danışdı:"İndi növbəti mərhələ sözü vermək çox böyük səhv olar"

“Nəticədən və oyundan razıyıq. Dünən də demişdik ki, matç çətin olacaq və belə də oldu”.

Bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin Rusiyada “Arsenal”ı 1:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, futbolçuların oyuna yanaşmasında razı qalıb: “Onlar tapşırıqları düzgün yerinə yetirdilər. Pressinq tətbiq etdilər və rəqibi orta xəttə öz oyununu sərgiləməyə imkan vermədilər. Sonradan meydana çıxan futbolçuçardan da razıyam. Onlar tempi saxladılar. Komandamı təbrik edirəm”.

– “Neftçi”nin sizin dönəminizdə taktiki cəhətdən ən mükəmməl oyununu oynadığını söyləmək olar?

– Taktika rəqibdən asılı olaraq dəyişir. Bu gün çalışdıq ki, “Arsenal” “1 nömrə” kimi oynaya bilməsin. Ən çox da hücumçular səy göstərdi. Rauf Əliyev rəqibin iki mərkəz müdafiəçisinin arasında çox düzgün oynadı. Cinah hücumçuları da yaxşı oyun nümayiş etdirdilər.

– Komandanızın vəzifənin öhdəsindən neçə faiz gəldiyini düşünürsünüz?

– Məşqçilər korpusu ilə işləyirik. Biz oyunçulara müəyyən məlumat və tapşırıqlar verirlər. Bu gün hər şeyi düzgün etdilər. İndi yalnız sevinə bilərik. Ancaq sevincimiz bu günlük olmalıdır. Cavab matçına hazırlaşmalıyıq. Faiz deyə bilmərəm. Faiz söyləməyim çox böyük səhv olardı.

– Dario Frederikonun zədəsi ciddir, yoxsa cavab oyununda komandaya kömək edə biləcək?

– Hər iki ayağında qıcolma vardı. Başqa futbolçularımızda da mikrozədələr var. Bu gün çox yoruldular. İndi onların durumu barədə dəqiq bir söz deyə bilmirəm. Zədələri öncədən təxmin etmək olmur. Bəli, uçuşumuz yubandığı üçün məşq prosesi dəyişdi. Ancaq yol yorğunluğunun zədəyə aiddiyatı yoxdur. Rəqibin cinah oyunçuları çox aktiv oynadılar.

– Növbəti mərhələyə çıxmaq sözü verə bilərsiniz?

– Bayaq da dedim, indi nəsə demək, söz vermək böyük səhv olar. Bakıdan gələn azarkeşlərimizi təbrik edirəm. Bura gəlib bizi dəstəklədikləri üçün sevinirəm.

– Rəqibin heyətində kimi qeyd edə bilərsiniz?

– Futbolda kollektiv oyunu önəmlidir. “Arsenal”ın da çox yaxşı komandası var. Kimisə ayrıca qeyd etməyi düzgün saymıram/Report.