XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

26 İyul 2019 - 13:23

“Barselona”dan ayrılan müdafiəçi “Beşiktaş”da- Transfer

Türkiyənin “Beşiktaş” klubu növbəti transferini reallaşdırıb.

Trend-in məlumatına görə, İstanbul klubu “Barselona” ilə müqaviləsi bitən braziliyalı müdafiəçi Duqlasla anlaşıb. Azad agent statusu ilə transfer olunan 28 yaşlı futbolçuyla üç illik müqavilə bağlanıb. Futbolçunun illik maaşı 800 min avro olacaq.

Qeyd edək ki, Duqlas “Barselona”, “Sportinq” (Xixon) və “Benfika” klublarında da çıxış edib.