XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2019 - 17:34

Pomidorun qiyməti 20 faiz ucuzlaşdı- Açıqlama

Əvvəlcədən planlaşdırıldığı kimi, açıq sahədə əkilən pomidorların paytaxt, eləcə də region bazarlarına çıxarılması bu məhsulun qiymətinə təsir edib.

Bunu Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin apardığı monitorinq nəticəsində pomidorların qiymətinin 20 faizdən çox ucuzlaşdığı məlum olub:

“Qiymətin aşağı düşməsi açıq sahələrdə yetişdirilən pomidorların bazara kütləvi şəkildə çıxarılması ilə bağlıdır. Azərbaycanda 2019-cu ildə 650 min ton pomidorun yetişdirilməsi nəzərdə tutulub. Daxili tələbatın 400 min ton olduğunu nəzərə alsaq, görərik ki, bu il üçün yetişdirilən pomidor daxili tələbatdan təxminən 50 faiz çoxdur. Bu da təbii ki, qiymətlərə təsir göstərir. Fermerlərlə apardığımız söhbətlərdən də aydın olur ki, növbəti mərhələdə daha çox sahə pomidorlarının bazara çıxarılacağı gözlənilir. Buna görə pomidorun qiymətinin daha da ucuzlaşacağı istisna edilmir”.

V.Bayramov qeyd edib ki, bu il hava şəraiti ilə əlaqədar açıq sahədə əkilən pomidorun yığımı ləngimişdi. Buna görə də pomidorun qiymətində artım müşahidə edilmişdi.